Beynəlxalq Olimpiya Komitəsi 2030-cu ilin Qış Olimpiyadasının Gürcüstanda keçirilməsini dəstəkləyir
Beynəlxalq Olimpiya Komitəsi 2030-cu ilin Qış Olimpiyadasının Gürcüstanda keçirilməsini dəstəkləyir

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Beynəlxalq Olimpiya Komitəsinin (IOC) birinci vitse-prezidenti Naval Mutakaveli ilə görüşdü.

Naval Mutakavelinin bəyan etdiyinə görə, görüş zamanı, 2030-cu ildə, Olimpiyadanın Gürcüstanda keçirilməsi perspektivi müzakirə edildi.

Naval Mutakaveli bu məsələ ilə bağlı Gürcüstanı dəstəkləməyə hazır olduğunu bildirdi. 

Giorgi Kvirikaşvilinin qeyd etdiyinə görə, Beynəlxalq Olimpiya Komitəsi bu il dağ kurortlarının inkişaf vəziyyətinin öyrənilməsi məqsədi ilə Gürcüstana mütəxəssislər qrupu göndərəcək.

Giorgi Kvirikaşvilinin bəyanatına görə, dağ-xizək kurortlarının və qış idman növlərinin inkişafı Gürcüstan iqtidarının əsas prioritetlərindən biridir və bu istiqamətdə ciddi addımlar atılır.

Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti, komitə üzvləri ilə bərabər, Gürcüstana iki günlük səfərlə  qonaq olub.

Giorgi Kvirikaşvili və Naval Mutakavelinin görüşü haqqında məlumatı iqtidar administrasiyasının mətbuat xidməti yayır.