Dopinqdən istifadə etməklə ittiham edilən rus idmançıları təmizə çıxartdılar

22:28, 01.02.2018

İdman Arbitr Məhkəməsi (CAS) qış olimpiayadalarından həmişəlik diskvalifikasiya edilən 39 rus idmançının işinin müzakirəsini başa çatdırdı.

CAS 28 idmançıyı tamamilə doğrultdu. Antidopinq qaydalarınnı pozduqlarına görə, onlara verilən həmişəlik diskvalifikasiya da aradan qaldırıldı.

Olimpiyada oyunları fevralın 9-25-də keçiriləcək.

Rusiyadan Pionçanqa 169 idmançı gedəcək.

Oxşar