David Qareci ərazisində son vəziyyət necədir

Artıq ikinci gündür ki, Bakıda Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya komisiyasının iclası keçirilir.

İşçi qruplara hər iki tərəfin Xarici İşlər Nazirlərinin müavinləri rəhbərlik edirlər.

Bu prosesə paralel olaraq, Davit Qareci monastır kompleksinin yaxınlığında ağır texnika ilə yolun inşaat işləri aparılır.

Mövcud olan məlumata görə, Azərbaycanlı sərhədçilər Çiçxituraya doğru gedən yolu tikirlər. Bu infrastruktur işləri Gürcüstanda fərqli dəyərləndirmələrə səbəb oldu.

Gürcüstan parlamentinin əksəriyyəti qeyd olunan məsələnin sensitiv olduğunu bəyan edərək, əvvəlcədən şərhlər verməkdən imtina edirlər.

Gürcüstan patriarxlığında isə, bəyan edirlər ki, Gürcüstanın maraqlarına laqeyid yanaşmağa izin verməyəcəklər və bu mərhələdə, yeni başlayan delimitasiya prosesinin başa çatmasını gözləyirlər.