Dalia Qribauskaite - Gürcüstan Cənubi Qafqazda arxalana biləcəyimiz yeganə ölkədir
Dalia Qribauskaite - Gürcüstan Cənubi Qafqazda arxalana biləcəyimiz yeganə ölkədir

Əgər razılıq və zərurət yaransa, Gürcüstanın NATO üzvlüyünə doğru gedən proses tezləşdirilə bilər, – Bu  bəyanatı Litva prezidenti Dalia Qribauskaiye Gürcüstanın NATO-ya qoşulması ilə bağlı verdi.

“Gürcüstan NATO-ya çox yaxındır. NATO əsgərləri gürcü əsgərlərini tanıyırlar. Düşünürəm ki, növbəti müsbət qərar üçün bu ciddi əsasdır” – dedi Qribauskaite Birinci Kanala verdiyi müsahibə zamanı.

“Biz həmişə deyirdik ki, Gürcüstan layiqli və əhəmiyyətli partnyorumuzdur.

Gürcüstan müvəffəqiyyətli islahatlar həyata keçirir və Cənubi Qafqazda arxalana biləcəyimiz yeganə ölkədir” – dedi Litva prezidenti.