Dalia Qribauskaite - Doğru yolda durursunuz, nə istədiyinizi yaxşı bilirsiniz, Gürcüstanın gələcəyi sadəcə sizin əlinizdədir [Video]
Dalia Qribauskaite - Doğru yolda durursunuz, nə istədiyinizi yaxşı bilirsiniz, Gürcüstanın gələcəyi sadəcə sizin əlinizdədir [Video]

Litva prezidenti Dalia Qribauskaite mayın 25-də işguzar səfərlə Tbilisiyə gələcək.

Litva prezidenti nümayəndə heyyəti ilə bərabər, mayın 26-da planlaşdırılan bayram tədbirlərində iştirak edəcək və azadlıq meydanından xalqa müraciət edəcək.

Gürcüstana səfərə qədər isə, dalia Qribauskaite Birinci Kanala eksklyuziv müsahibə verdi.

“Gürcü xalqına əsas mesajım odur ki, özlərinə inamları olsun. Gürcü xalqı öz ölkəsi, keçdiyi yol və qarşısında duran perspektivlərlə fəxr etməlidir. Litva tərəfindən sevilirsiniz və hörmət edilirsiniz. Gürcüstana gedəcəyimə görə sevinirəm və sevinirəm ki, ölkənin önəmli yubileyinin qeyd olunmasında iştirak edəcəm. Doğru yolda durursunuz, nə istədiyinizi yaxşı bilirsiniz, Gürcüstanın gələcəyi sadəcə sizin əlinizdədir” – dedi Dalia Qribauskaite.