Bu gün Gürcüstan İrlandiya ilə onuncu dəfə görüşəcək və ilk qələbəni qazanmağa çalışacaq
Bu gün Gürcüstan İrlandiya ilə onuncu dəfə görüşəcək və ilk qələbəni qazanmağa çalışacaq

İrlandiyanın paytaxtı Dublində bu gün Avropa 2020 Çempionatının seçmə mərhələsinin matçı keçiriləcək. Bir-biri ilə İrlandiya və Gürcüstan yığmaları görüşəcəklər. Bu komandaların sıra ilə onuncu görüşüdür və Gürcüstan heç birində qələbə qazanmayıb – doqquz görüşdə İrlandiyalılar qalib gəliblər və bir matç heç-heçə başa çatdı.

Gürcüstan yığması dünən Aviva stadionunda məşq etdi. Baş məşqçi və futbolçular ümid edirlər ki, xoşagəlməz statistikanı bu gün düzəldəcəklər.

Xatırladaq ki, matç Tbilisi vaxtı ilə saat 23:45-də başlayacaq və birbaşa reportajını Birinci Kanal təqdime dəcək.