Bakı Avro 2020-yə ev sahibliyi edəcək
Bakı Avro 2020-yə ev sahibliyi edəcək

Azərbaycan Futbol Asosiyasiyası UEFA-ya bildirdi ki, 2021-ci ildə, Azərbaycanın paytaxtı Bakı Avro 2020 matçlarına ev sahibliyi edəcək.

Bakıda dörd matç keçiriləcək: Üçü “A” qrupda və biri çerək final.

Daha öncə, bir il müddəti ilə təxirə salınan Avropa Çempionatına ev sahibliyi etmək istədiklərini London, Dublin, Buxarest və Kopenhagen bildirmişdilər.

Avro 2020-yə rəsmi olaraq, 12 şəhər ev sahibliyi edəcək – London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt, Amsterdam və Sankt-Peterburq.

Çempionat 2021-cu ilin iyunun 11-dən, iyulun 11-nə qədər keçiriləcək.