Bolnisi munisipalitetində koronavirusla bağlı informasiya kampaniyası başladı
Bolnisi munisipalitetində koronavirusla bağlı informasiya kampaniyası başladı

Bolnisi icra hakimiyyətinin təşkilatçılığı ilə, munisipalitetdə koronavirusla bağlı informasiya kampaniyası başladı.

Gənclərdən ibarət bir qrup üç dildə yerli karantin rejimi və virus ilə bağlı prevensiya tədbirləri haqqında məlumat yaydı.

“Biz gənclər, munisipalitet tərəfindən başladılan kampaniyaya qoşuluruq. Bolnisinin hər yerində, gürcü, azərbaycan və erməni dillərində əhaliyə məlumat çatdırırıq ki, virusun ciddiliyini dərk etsinlər və evlərində qalsınlar” – dedi gənc könüllülərdən biri.

Eyni kampaniya Marneuli munisipalitetində də keçirildi.