Bolnisidə koronavirusa yoluxan şəxsləri müvafiq tibbi müəssisəyə keçirdilər. Tibbi müəssisəyə, Muşevan (Dəllər) kəndindən altı, Qeta kəndindən isə üç pasiyent keçirildi.
Paralel olaraq kəndlərdə epidemioloqlar işləyirlər. Qeta kəndində, təsdiqlənmiş halların kontaktlarının aşkarlanması davam edir, Dəllər kəndində virusa yoluxan pasiyentlərin kontaktlarından isə bioloji nümunələr alınacaq.
Hər bir pasiyent müvafiq tibbi müəssisəyə yerləşdirilib.