Muşevani kəndində əhalinin genişləndirilmiş testləşdirilməsi həyata keçirilir
Muşevani kəndində əhalinin genişləndirilmiş testləşdirilməsi həyata keçirilir

Bolnisini munisipalitetinin Muşevani kəndində əhalinin genişləndirilmiş testləşdirilməsi həyata keçirilir.

Bolnisi meri, David Şerazardişvilinin məlumatına görə, qeyd olunan tədbirlər Muşevani kəndinin açılmasına hazırlıq işləridir.

Bolnisi İctimai Sağlamlıq Mərkəzinin mütəxəssisləri hədəf qruplarını “PCR” testi ilə yoxlayırlar.

Xatırladaq ki, Muşevani kəndi 25 apreldə bağlandı və karantin zonası kimi elan edildi. Bu vaxt üçün kənddə koronavirusun 80 halı qeydə alınıb.

Bolnisidə “COVID-19” virusun 192 halı aşkar edilib. Buradan 172 insan sağalıb, dördü vəfat edib.