Birinci Kanalda bu gün daha bir debat keçiriləcək
Birinci Kanalda bu gün daha bir debat keçiriləcək

Bu gün, oktyabrın 8-də, axşam saat 22:00-da Birinci Kanalda daha bir debat keçiriləcək – bu dəfə bir biri qarşısında prezidenliyə namizədlər Kaxa Kukava və Zurab Caparidze təqdim olunacaqlar.

Kaxa Kukava debatlara Salome Zurabişvilini, Qriqol Vaşadzeni, David Bakradzeni, Şalva Natelaşvilini, Zurab Caparidzeni və David Usupaşvilini dvət etdi. Kaxa Kukava rəqiblərinə təqdim edirdi ki, Birinci Kanalın təklifindən istifadə etsinlər və ölkə üçün aktual məsələlər üzrə debatlar təşkil etsinlər.

Adları çəkilən namizədlərdən debatlarda iştirak etməyə yalnız Zura Caparidze əks səda verdi, müvafiq olaraq debatlar onlar arasında keçiriləcək.

Xatıqladaq ki, Birinci Kanal seçkilərdə iştirak edən prezidentliyə namizədlərə imkan verir ki, bir birlərini debatlara dəvət etsinlər. Razılıq təqdirində onlara efir vaxtını ayırmağa hazırdır.

Bu cür ilk debatlar oktyabrın 4-də keçirildi.

Namizədlərin nəzərinə – debatların keçirilməsi mümkündür:

9 oktyabr, saat 22:00-23:00-da;

11 oktyabr, saat 22:00-23:00-da;

15 oktyabr, saat 22:00-23:00-da;

18 oktyabr, saat 22:00-23:00-da;

22 oktyabr, saat 22:00-23:00-da;

23 oktyabr, saat 22:00-23:00-da;

25 oktyabr, saat 22:00-23:00-da;