Belorusiya prezidenti Tkibuli faciəsinə görə, Gürcüstana baş sağlığı verdi
Belorusiya prezidenti Aleksandr Lukaşenko Tkibuli faciəsinə görə, Gürcüstana baş sağlığı verdi.
“Belorusiya prezidenti Aleksandr Lukaşenko, Belorus xalqı və öz şəxsi adından Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə və Tkibulidə, Mindeli şaxtasında baş verən faciədə həlak olanların ailələrinə baş sağlığı verdi.
“Faciədə zərər görənlərə isə, Belorusiya dövlət başçısı, tez zamanda sağlıqlarına qovuşmalarını arzu etdi”, – deyilir, Belorusiya prezidentinin rəsmi veb-səhifəsində yayılan bəyanatda.
Xatırladaq ki, dünən Tkibuli şəhərində, Mindeli adına şaxtada baş verən qəza nəticəsində altı fəhlə həyatını itirdi, üçü isə, ağır yaralandı.