Şaxta işçiləri maaşların ödənilməsi haqqında baş nazirin təşəbbüsünun sənəd şəklində hazırlansmasını tələb edirlər
Şaxta işçiləri maaşların ödənilməsi haqqında baş nazirin təşəbbüsünun sənəd şəklində hazırlansmasını tələb edirlər

Tkibulidə, Mindeli adına şaxtanın yanında şaxta işçiləri yığılıblar.

Şaxta işçiləri aksiya keçirəcəklər və baş nazirin maaşlar haqqında təşəbbüsünün sənəd şəklində təqdim edilməsini tələb edəcəklər.

“Saknaxşiri” şirkətinin əməkdaşları şübhə edirlər ki, şaxtanın istintaq üçün bağlı olduğu sürədə, administrasiya onların maaşlarını tam şəkildə ödəməyəcək.

“Tələb edirik ki, baş nazirin təşəbbüsü sənəd şəklində təsdiq edilsin ki, şaxtada aparılan istintaq başa çatana qədər bizə söz verilən maaşlarımızı alacağıq” – dedi şaxta işçisi Zaza Bedelidze.

Gürcüstanın baş naziri Mamuka Baxtadze dünən bəyan etdi ki, faciənin baş verdiyi şaxtada istintaq başa çatana qədər, işçilər maaşlarını almağa davam edəcəklər.

Dünən Mindeli şaxtasında baş verən partlayış nəticəsində dörd nəfər həyatını itirdi, altısı isə ağır xəsarətlər aldı.

Daxili İşlər Nazirliyinin dediyinə görə, ilkin istintaq məlumatına əsasən, Mindeli şaxtasının tunellərinin birində metan partladı.

Tkibuli şaxtası “SakNaxşiri” şirkətinə aiddir.

Həmin şaxtada faciə cari ilin aprel ayında da baş verdi.

O zaman isə, faciə nəticəsində altı nəfər həlak olmuşdu.