Baş nazirin qərarı ilə, 16 iyul matəm günü elan edildi
Baş nazirin qərarı ilə, 16 iyul matəm günü elan edildi

Gürcüstanın baş naziri, Mamuka Baxtadzenin qərarı ilə, Tğibuli şaxtasında baş verən faciə ilə əlaqədar, 16 iyul matəm günü elan edildi.

Müvafiq sərəncamı hökumət başçısı bir az bundan əvvəl imzaladı. Matəm günü ilə bağlı, Gürcüstan ərazisində bütün inzibati binalarda dövlət bayrağı aşağı endirildi.

Mindeli şaxtasında bu gün səhər faciə baş verdi. Hadisə nəticəsində dörd nəfər həlak oldu. Altı nəfər xəsarət aldı. DİN-də bəyan edirlər ki, fakt üzrə istintaq GCM-nin 240-cı maddəsi ilə aparılır.

Tğibuli şaxtası “Saknaxşiri” şirkətinə məxsusdur. Faciə cari ilin aprelin 5-də də baş verdi. O zaman hadisə nəticəsində altı insan həlak oldu.