Baş nazir bəyanatı bugün verəcək - Gürcüstan hökumətində hansı dəyişikliklər olacaq
Baş nazir bəyanatı bugün verəcək - Gürcüstan hökumətində hansı dəyişikliklər olacaq

Gürcüstan hökumətində miqyaslı struktur və kadr dəyişiklikləri planlaşdırılır.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu haqqda sabah bəyanat verəcək.

Birinci Kanalın məlumatına görə, bir neçə nazirliyin biləşdirilməsi planlaşdırılır. 18 nazirlik əvəzinə 13 nazirlik olacaq.

Avropa və Avroatlantik strukturlarına inteqrasiya məsələri üzrə Dövlət Nazirliyinin aparatı XİN-ə birləşdiriləcək.

Gözlənilən dəyişikliklərə uyğun olaraq, Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdiriləcək.  Ətraf Mühitin Mühafizəsi Nazirliyi isə, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinə bölüşdürüləcək. İdman və Gənclərlə iş üzrə Nazirlik ləğv olunur və bir hissəsi Mədəniyyət Nazirliyi, bir hissəsi isə Təhsil Nazirliyinə birləşir.

Bundan başqa, Gürcüstan hökumətində planlaşdırılmış struktur və kadr dəyişiklikləri çərçivəsində, Dövlət təhlükəsizlik və böhranların idarəsi şurasının ləğv olunması mümkündür.

Hökumətdə miqyaslı struktur və kadr dəyişikliklərinə paralel olaraq, müstəqil istintaq idarəsinin yaradılması mümkündür. Mövcud olan məlumata əsasən isə, müstəqil instintaq mexanizmin yaradılmasında söhbət gedir ki, bu da hüquqmühafizəçilərin hərəkətlərinin qanuniyilini araşdıracaq.

Nazirlərə gəldikdə isə, Birinci kanalın məlmatına görə, Gürcüstan Daxili İşlər naziri Giorgi Qaxariyanın təyin olunması mümkündür. Giorgi Qaxariya bu vəzifədə Girgi Mğebrişvilini əvəz edəcək.

Dimitri Kumsişvili ehtimala görə, İqtisadiyyat Naziri vəzifəsinə qayıdacaq. Kumsişvili baş nazirin birinci müavini və iqtisadiyyat blokunun koordinatoru olacaq.

Bununla yanaşı, Gürcüstan hökumətinin yeniləşdirilmiş tərkibində iki yeni nazir olacaq. Təhsil naziri Aleksandre Cecelavanın dəyişdirilməsi haqqda da məlumat yayılır.