Dimitri Kumsişvili ehtimala görə, İqtisadiyyat Naziri vəzifəsinə qayıdacaq
Dimitri Kumsişvili ehtimala görə, İqtisadiyyat Naziri vəzifəsinə qayıdacaq

Dimitri Kumsişvili ehtimala görə, İqtisadiyyat Naziri vəzifəsinə qayıdacaq.

Birinci kanalın əldə etdiyi məlumata görə, qüvvədə olan İqtisadiyyat Naziri Giorgi Qaxaria, Daxili İşlər Naziri vəzifəsinə təyin olacaq. Giorgi Qaxaria bu vəzifədə, hazırki DİN naziri Giorgi Mğebrişviliyi əvəz edəcək.

Bu vaxt üçün mövcud olan məlumata görə, bir neçə nazirliyin birləşdirilməsidə planlaşdırılıb.

Yəni, 18 nazirliyinin yerinə, 13 qalacaq.

Hökümət tərkibində iki yeni nazir olacaq. Nazirlər kabinetinin digər üzvləri isə, yerlərini dəyişəcəklər.

Nazirlər kabinetindəki dəyişikliklər haqqında məlumatı baş nazir sabah verəcək.