Azərbaycan David Qareci ərazisində sərhəd postunu açdı - "Azərbaycan-Gürcüstan dövlət sərhədi həmişə dostluğun nümunəsi olub"
Azərbaycan David Qareci ərazisində sərhəd postunu açdı - "Azərbaycan-Gürcüstan dövlət sərhədi həmişə dostluğun nümunəsi olub"

Azərbaycan David Qareci ərazisində sərhəd postunu açdı. Bu barədə məlumatı Azərbaycan Dövlət Sərhəd Xidməti yayır.

“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir“ sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilmişdir. Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbay­can Respub­likasının Prezi­denti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevinrəh­bərliyi ilə milli sərhəd mühafizəsi strategiyasının uğurla realizə edilməsi, dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Ali Baş Komandan səviyyəsində böyük önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəm­lən­məsini, bütün hərbi hissə və bölmələrdə şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılmasını, yeni is­ti­fa­dəyə verilən sərhəd zastavasının da məhz bu ali diqqətin növbəti təzahürü olduğunu qeyd etmişdir.

Azərbaycan-Gürcüstan dövlət sərhədinin hər zaman dostluq və strateji tərəfdaşlıq sərhədi olması, Gürcüstan sərhədçiləri ilə qarşılıqlı faydalı əmək­daşlığın yüksək səviyyəli inkişafı xüsusi vurğulanmışdır.

Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən “Keşikçi qala” sərhəd zastavasının qədim Alban tarixinin yadigarı olan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşməsi, burada xidmət aparan sərhədçilərin dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayanmaları qeyd edilmişdir”, – Azərbaycan Dövlət Sərhəd Xidmətinin bəyanatında deyilir.