Avropa Şurasının Parlament Assambleyasına Rusiyanın geri qayıtmasını Gürcüstan dəstəkləmədi
Avropa Şurasının Parlament Assambleyasına Rusiyanın geri qayıtmasını Gürcüstan dəstəkləmədi

Avropa Şurasının Parlament Assambleyasına Rusiyanın geri qayıtmasını Gürcüstan nümayəndə heyəti dəstəkləmədi.

Gürcüstan və Ukrayna heyətinin tam tərkibi, Rusiyanın Avropa Şurasının Parlament Assambleyasına geri qayıtması qətnaməsinə qarşı səs verdilər.

Sənədin müzakirəsi zamanı Gürcüstan nümayəndə heyətinin üzvləri kəskin bəyanatlar verdilər. Səsvermə zamanı David Bakradze, Giorgi Kandelaki, Sopio Katsarava, Nino Qoquadze və İrine Pruidze leyhinə səs verdilər.

Sənədin əleyhinə həmçinin Polşa, Litva, Latviya, Böyük Britaniya, Estoniya və İşveç səs verdi.

Sənədi tam tərkiblə Fransa və İtaliya, həmçinin Avstriya, Azərbaycan, Kipr, İspaniya, İslandiya, İrlandiya, Norveç, Portuqaliya, Serbiya, San Marino və türkiyə nümayəndəliyi dəstəklədi.