Rusiyada koronavirusun 12 742 yeni halı aşkar edildi
Rusiyada koronavirusun 12 742 yeni halı aşkar edildi

Rusiyada son 24 saat ərzində koronavirusun 12 742 yeni halı aşkar edildi.

Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır. Ötən bir gün ərzində Rusiyada koronavirusdan 417 insan vəfat etdi.

Ölkə hökuməti tərəfindən yayılan rəsmi göstəricilərlə ümumilikdə, Rusiyada virusun 4.16 milyon təsdiq olunmuş halı aşkar edilib, 83 293 insan vəfat edib.

Rusiya koronavirusun yayılması baxımından dünyada beşinci yerdədir.