"Avropa Gürcüstanı" xalq müdafiəçisinin namizədliyinin səsəqoyulmasında iştirak etməyəcək
"Avropa Gürcüstanı" xalq müdafiəçisinin namizədliyinin səsəqoyulmasında iştirak etməyəcək

“Avropa Gürcüstanı” xalq müdafiəçisinin namizədliyinin səsəqoyulmasında iştirak etməyəcək. Parlament azlığının üzvlərindən biri, Otar Kaxidzenin dediyinə görə, bu qərara səbəb Nino Lomcariyanın şəxsiyyəti deyil, siyasi proseslə narazlıqdır.

“Avropa Gürcüstanının” Nino Lomcariya ilə şəxsi problemi yoxdur. Bizim problemimiz hökumətin bu məsləyə qarşı yanaşmasıyladır. Parlament azlığı ilə heç cür məsləhətləşmə olmayıb. Müvafiq olaraq, biz bu səsvermədə iştirak etməyəcəyik, – Otar Kaxidze bəyan etdi.

Bununla yanaşı, onun fikirincə, Nino Lomcariya layiqli xalq müdafiəçisi olacaq.