Gürcüstan Parlamenti konstiytusiya dəyişikliklərini ikinci dinləmə ilə təsdiq etdi
Gürcüstan Parlamenti konstiytusiya dəyişikliklərini ikinci dinləmə ilə təsdiq etdi

115 səslə Parlament seçki sistemi barəsində konstitusiya dəyişikliklərini ikinci dinləmə ilə qəbul etdi. Dəyişikliklərin əleyhinə üç deputat səs verdi.

Səsvermədə “Milli Hərəkat” bu dəfə də iştirak etmirdi. Konstitusiya dəyişikliklərinin ilk dinləmə ilə dəstəkləyən “Avropa Gürcüstanı” da müzakirədə iştirak etmədi.

Konstitusiya layihəsini nəzərə alaraq, 2020-ci il Parlament seçkiləri qarışıq sistemi ilə keçiriləcək. Parlamentə 120 üzv proporsional və 30 üzv majoritar seçki sistemi ilə seçiləcək.

Dəyişikliklərlə müəyyən olunub ki, seçkilər bir faizlik seçki baryeri ilə keçiriləcək.

Bununla yanaşı, 40 fazidən az dəstəyi olan partiya və seçki bloku tərəfindən Parlament çoxluğunun əldə edilməsi və hökumətin müstəqil şəkildə yaratması mümkün olmur.