Amiran Qamrkelidze - Çindən gələn iki Gürcüstan vətəndaşının heç birində koronavirus aşkarlanmayıb
Amiran Qamrkelidze - Çindən gələn iki Gürcüstan vətəndaşının heç birində koronavirus aşkarlanmayıb

Xəstəliklərə Nəzarətin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin bəyanatına görə, Çindən müxtəlif reyslərlə gələn iki Gürcüstan vətəndaşının heç birində koronavirus simptomları aşkarlanmayıb.

Qamkrelidzenin dediyinə görə, onların hər ikisinə laboratoriya yoxlanışı keçirildi və onların vəziyyəti yaxşıdır.

“İki vətəndaşımızdan biri xəstəxanaya özü müraciət etdi və yüksək temperaturdan şikayət edirdi, digəri isə, yüksək temperatura görə, hava limanından dərhal infeksiya xəstəxanasına aparıldı. Onlara keçirilən müayinələrdən sonra, Luqar laboratoriyasının testinin nəticəsinə görə, məlum oldu ki, qrip olmalıyblıar” – dedi Amiran Qamkrelidze.

Amiran Qamkrelidzenin dediyinə görə, ölkə əlindən gələni edir ki, burada koronavirusun qarşısı alınsın, jurnalistlərə isə, müraciət etdi ki, ictimaiyyətə doğru məlumat versinlər.