Amiran Qamğrelidze bəyan edir ki, Mestiya və Kazbeqidə epid-durum nəzarət altındadır
Amiran Qamğrelidze bəyan edir ki, Mestiya və Kazbeqidə epid-durum nəzarət altındadır

Mestiya və Kazbeqidə epid-durum nəzarət altındadır, – bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze Gürcüstanın Birinci Kanalına bəyan etdi.

Onun dediyinə görə, Mestiyada hazırda koronavirusun 47 halı qeydə alınııb, Kazbeqidə isə, 14.

Gürcüstanda bu vaxt üçün koronavirusun 1 336  halı təsdiq olunub. Buradan 1 088 vətəndaş sağalıb. Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib. Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib. Karantin rejimində 7 597 vətəndaş, stasionarda müşahində altında 249 vətəndaşdır.