Amiran Qamkrelidze - Çindən gələn 34 Gürcüstan vətəndaşı sağlamdır, ancaq onlar iki həftə ərzində müşahidə altında olacaqlar
Amiran Qamkrelidze - Çindən gələn 34 Gürcüstan vətəndaşı sağlamdır, ancaq onlar iki həftə ərzində müşahidə altında olacaqlar

Çindən xüsusi aviareys ilə gələn 34 Gürcüstan vətəndaşı sağlamdır, ancaq onlar iki həftə ərzində müşahidə altında olacaqlar – bu barədə bəyanatı Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze verdi.

Onun dediyinə görə, Çində müxtəlif səbəblərlə olan Gürcüstan vətəndaşlarının öz vətənlərinə qaytarılması Gürcüstanın Xarici İşlər Nazirliyi və Gürcüstanın Çindəki Səfirliyinin təşəbbüsü ilə baş tutdu.

“Bu gün səhər onları epidemioloqlar briqadası qarşıladı. Onlar termoskriniqdən keçdilər, ancaq hər ehtimala qarşı, müvəqqəti olaraq, Saçxerenin Tibb Mərkəzinin Mehmanxana bölməsində, karantində, yəni, izolyasiyada olacaqlar. Onlar iki həftə ərzində, klinik və epidemiologiya monitorinqindən keçəcəklər. Hal-hazırda, onlar sağlamdırlar” – dedi Amiran Qamkrelidze.