Ailə üzvləri və polis 23 yaşlı Qoqita Qoqitidzeni axtarır

Ailə üzvləri və polis 23 yaşlı Qoqita Qoqitidzeni axtarır. O, Kobuletidə, evdən mayın 12-də səhər çıxdı.

Birinci Kanalın jurnalistinin verdiyi məlumata görə, nəzarət kameralarından əldə olunan materiallarla təsdiq olunur ki, Qiqotidze Batumiyə getdi və sonra geri Kobuletiyə qayıtdı. Bundan sonra onun izi itir.

İtkin düşən gəncin yaxınları bəyan edirlər ki, Daxili İşlər Nazirliyi fəal axtarış işlərini həyata keçirir. Lakin bu vaxta qədər onun harada olması müəyyənləşdirilməyib.

Ailə üzvlərinin itkin düşməsinin mümkün versiyası yoxudur.

Əgər Qoqita Qoqitidzenin olduğu yer barəsində məlumatınız varsa, 577 08 0 5 48 nömrəsinə zəng edin.

Birinci Kanal, itkin düşmüş gəncin fotolarını ailə üzvlərinin xahişi ilə yayır.