Xilasedicilər tərəfindən Qomi Dağında tapılan üç gəncin sağlamlıq vəziyyəti sabitdir
Xilasedicilər tərəfindən Qomi Dağında tapılan üç gəncin sağlamlıq vəziyyəti sabitdir

Xilasedicilər tərəfindən Qomi Dağında tapılan üç gənc reanimasiya şöbəsində qalmaqdadır.

“Medalfa” klinikasının direktoru, David Mdinaradzenin məlumatına görə, onların sağlamlıq vəziyyəti sabitdir və həyatları təhlükədə altında deyil.

“Hər üç pasiyentə lazımi tibbi yardım göstərildi. Onlarda hipotermiya qeydə alınır. İndi müşahidə altındadılar. Reanimasiya şöbəsinə yerləşdiriliblər. Hər üçünün sağlamlıq vəziyyəti qənaətbəxşdir. Onların evə buraxılması bir neçə günə baş verəcək”, – David Mdinaradze bəyan etdi.

Xatırladaq ki, dünən xilasedcilər Qomi Dağında itkin düşən üç gənci on saatlıq axtarışdan sonra tapdılar.