Ağ Ev Maik Pens və Giorgi Kvirikaşvilinin görüşü ilə bağlı bəyanat yayır
Ağ Ev Maik Pens və Giorgi Kvirikaşvilinin görüşü ilə bağlı bəyanat yayır

Bəyaz Ev ABŞ-ın vitse-prezidenti Maik Pens və Gürcüstanın baş-naziri Giorgi Kvirikaşvilinin görüşü ilə bağlı bəyanat yayır.

Ağ evin rəsmi veb-səhifəsində yayılan bəyanatda qeyd olunur ki, keçən il, Maik Pensin Gürcüstana səfərindən sonra, ABŞ-ın vitse-prezidenti Gürcüstanın baş naziri Giorgi Kvirikaşviliyi öz iqamətgahında qəbul etdi.

“Vitse-prezident baş-nazir Giorgi Kvirikaşviliyi Gürcüstanın İlk Demokratik Respublikasının əsasının qoyulmasının 100 illik yubileyi münasibəti ilə təbrik etdi və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini yenə bir daha vurğuladı.

Hər iki lider də razılaşdı ki, iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın möhkəmləndirilməsi gələcəkdə də davam edəcək” – deyilir Ağ Evin bəyanatında.

ABŞ-ın vitse-prezidenti Maik Pens baş nazir Giorgi Kvirikaşviliyi öz evində qəbul etdi.