Erdoğan Pens və Pompeo ilə görüşməkdən imtina etdi
Erdoğan Pens və Pompeo ilə görüşməkdən imtina etdi

Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan Ankarada ABŞ-ın vitse-prezidenti Maik Pens və dövlət katibi Maik Pompeo ilə görüşməkdən imtina edir.

Bu barədə məlumatı “Sky News” teleşirkəti yayır.

Erdoğanın medyaya verdiyi məlumata əsəsən, Maik Pens və Maik Pompeo öz həmkarları ilə görüşəcəklər.

“Mən onlarla görüşməyi düşünmürəm. Onlar öz ranqının rəsmi şəxsləri ilə görüşəcəklər. Tramp gəlsin, onunla söhbət edərəm” – dedi Türkiyə prezidenti.

Vitse-prezident Maik Pens və Dövlət Katibi Maik Pompeonun rəhbərlik etdiyi ABŞ nümayəndə heyyəti Türkiyəyə bu axşam gedəcək.

Bəyaz evin bəyanatında deyilmişdi ki, onlar Erdoğanla Suriyədə atəşkəs haqqında danışıqlar aparacaqlar.

Şərh yaz