ABŞ Konqresi Gürcüstanı dəstəkləyən ikipartiyalı qanunlayihəni təsdiq etdi
ABŞ Konqresi Gürcüstanı dəstəkləyən ikipartiyalı qanunlayihəni təsdiq etdi

ABŞ Konqresi Gürcüstanı dəstəkləyən ikipartiyalı qanunlayihəni yekdilliklə təsdiq etdi ki, bu da Gürcüstan və ABŞ arasında əməkdaşlığın daha da artıq yüksək səviyyəsinə qaldırılmasına hazırlığın sübutudur.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, ikipartiyalı qanunlayihə ABŞ-ın Gürcüstanın suverenliyi, ərazi bütövlüyünə dəstəyini  bir daha sübut edir.

Elə onların məlumatına görə, qanunlayihə ABŞ-Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi diqqət yetirir.

Qanunlayihə ilə, Konqres ABŞ Ticarət Palatasını Gürcüstan ilə azad ticarət razılaşmasının danışqalarına başlanılmasına doğru addımların atılmasına çağırır.

Qanunvericilik aktı ilə, Konqres Rusiya tərəfindən Gürcüstanın bölgələrinin – Abxaziya və Sxinvalinin işğalını, həmçinin işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasını, o cümlədən Arçil Tatunaşvilinin və David Otxozoriyanın qətlini pisləyir.

Qanunlayihə ilə, Konqres Gürcüstanın avroatlantik strukturlarına və Avropaya inteqrasiyasına dəstəyini bəyan edir.

Gürcüstana dəstək qanunlayihəsini ABŞ Konqresinə konqresmenlər Ted Po və Ceri Konol 2018-ci ilin iyunun 26-da təqdim etdilər.

Qanunvericilik aktının qanunlayihəsi Konqres tərəfindən ABŞ Senatına göndəriləcək. Senat tərəfindən dəstəkləndiyi təqdirdə sənəd ABŞ prezidentinə göndəriləcək və onun imzalandığından sonra qanuna çevriləcək.

Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.