27 noyabrdan Gürcüstan Avropa Şurasının sədr ölkəsi olacaq
27 noyabrdan Gürcüstan Avropa Şurasının sədr ölkəsi olacaq

Noyabrın 27-dən Gürcüstan altı ay müddəti ilə Avropa Şurasının sədr ölkəsi olacaq. Gürcüstanın gələcək sədrliyi ilə bağlı Gürcüstana rəsmi səfərlə Avropa Şurasının baş katibi, Mariya Peynçinoviç Buriç gəldi. O, bu gündən rəsmi görüşlərə başladı.

Mariya Peynçinoviç Buriç Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani ilə görüşür. Görüşdən sonra media üçün bəyanatlar veriləcək.

Səfər çərçivəsində baş katib Gürcüstanın baş naziri, prezidenti, Parlamentin sədri ilə görüşlər keçirəcək.

Noyabrın 27-də sədrliyin təhvil verilməsinin rəsmi mərasimi Strasburqda təntənəli şəkildə baş verəcək.