26 May bu il biliyin paylaşılması əhəmiyyətinə həsr olunur və onun şüarıdır - bilik azadlığa qədər ararır
26 May bu il biliyin paylaşılması əhəmiyyətinə həsr olunur və onun şüarıdır - bilik azadlığa qədər ararır

Gürcüstanın Müstəqillik Günü bu il biliyin paylaşılması əhəmiyyətinə həsr olunur və onun şüarıdır – bilik azadlığa qədər ararır #გააზიარეცოდნა (#bilikləpaylaş).

2019-cu ilin Müstəqillik Gününün qeyd olunması tədbirləri və kommunikasiya kampaniyaları bu mövzu ətrafında birləşib.

“Bu il planlaşdırılmış tədbirlər biliyə həsr olunur. Gürcüstanın Müstəqillik Günü – 26 May vətəndaşları birləşdirir, bu bizim ölkəmizin tarixi, mədəniyyəti, keçmişi və gələcəyi barəsində danışdığımız gündür. Məhz buna görə, bu günün şüarıdır – “Bu gün bizimdir”, – tədbirin təşkilatçıları bəyan edirlər.

Bu ilki yeniliklər arasında kulminasiya saat 17:10-dır ki, həmin vaxtı himnin birgə yerinə yetirilməsi ilə qeyd olunacaq. Bu həmin vaxtdır ki, 1918-cu ili ayın 26-da Noe Jordaniya Gürcüstanın Müstəqilliyini bəyan etdi.

“Azadlıq” himni Gürcüstan miqyası ilə, əsas meydanda, qatar və avtobuslarda səsləndiriləcək.

Andiçmə mərasimi ənənəvi olaraq, saat 12:00-da keçiriləcək. Mərasim Tbilisidə, Azadlıq Meydanında və beş müxtəlif bölgədə – Uplissixedə, Ananuridə, Qremidə, Zuqdidi və Mravaldzalada keçiriləcək.

Bütün Gürcüstan miqyası ilə küçələr və aeroportlar 26 bayraqları ilə bəzədiləcək. Tbilisi və bölgələrdə – 14 müxtəlif şəhərdə mədəni, idman və əyləncəli tədbirlər keçiriləcək.

Azadlıq Meydanında, Tbilisi Meriyası və İctimai Yayımçının birgə səyləri ilə konsert keçiriləcək.

Səhnə “Ranina” layihəsinin finalına ayrılacaq.