Rio De Janeyroda İsa Peyğəmbərin heykəli Gürcüstan bayrağı rənglərində işıqlandırıldı
Rio De Janeyroda İsa Peyğəmbərin heykəli Gürcüstan bayrağı rənglərində işıqlandırıldı

Gürcüstan Müstəqillik Gününün qeyd olunması üçün, Rio De Janeyroda İsa Peyğəmbərin heykəli Gürcüstan bayrağı rənglərində işıqlandırıldı. Məlumatı Gürcüstanın Braziliyadakı Səfirliyi yayır.

“İsa Peyğəmbərin heykəli Rio və bütün Braziliyanın vizit kartını təşkil edir. Bundan irəli gələrək, o, eyni zamanda bütün dünya miqyası ilə milyonlarca insanın diqqət mərkəzindədir. Müvafiq olaraq heykəlin Gürcüstan bayrağı rəngləri ilə işıqlandırılması ölkəmizin tanınmasını əhəmiyyətli dərəcədə artıracaq”, – Səfirliyin yaydığı bəyanatda deyilir.