Giorgi Qaxariya - Gürcüstanın müstəqilliyi və birliyi uğrunda mübarizə başa çatmayıb, məqsədimiz ölkənin bütövləşdirilməsidir, lakin hamımız başa düşürük ki, bu məqsədə sülh yolu ilə nail olmalıyıq
Giorgi Qaxariya - Gürcüstanın müstəqilliyi və birliyi uğrunda mübarizə başa çatmayıb, məqsədimiz ölkənin bütövləşdirilməsidir, lakin hamımız başa düşürük ki, bu məqsədə sülh yolu ilə nail olmalıyıq

Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın bəyan etdiyinə görə, dünyanın qlobal pandemiya qarşısında olduğu bir zamanda, birlik, ordunun uğuru, ölkənin təhlükəsizliyinin, onun Avroatlantik strukturlarına inteqrasiyasının, Gürcüstanın strateji partnyorları – Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, NATO ilə effektli əməkdaşlığının zəmanətidir.

“Gürcüstan ordusunun burada böyük funksiyası və böyük əhəmiyyəti var. Hamımız yadda saxlamalıyıq ki, Gürcüstanın müstəqilliyi və birliyi uğrunda mübarizə başa çatmayıb. Məqsədimiz ölkənin bütövləşdirilməsidir, lakin hamımız başa düşürük ki, bu məqsədə sülh və əmək yolu ilə nail olmalıyıq. Dostlar, ölkəmizin keçmişinə istinad edərək, çoxəsrlik tarixini nəzərə alaraq, irəliyə doğru baxmalıyıq.

Təmənnazıs olaraq vətənin qarşısında xidmətdən böyük xidmət yoxdur. Cənablar, Müstəqillik Günü münasibətilə sizi təbrik edirəm”, – Giorgi Qaxariya Vazianinin dördüncü mexanikləşdirilmiş briqadası bazasında bəyan etdi.