Yens Stoltenberq - Gürcüstan və Ukrayna ilə partnyorluğumuzun dərinləşdirilməsi qərarını verdik
Yens Stoltenberq - Gürcüstan və Ukrayna ilə partnyorluğumuzun dərinləşdirilməsi qərarını verdik

Gürcüstan və Ukrayna ilə partnyorluğumuzun dərinləşdirilməsi qərarını verdik, – bu barədə NATO-nun baş katibi, Yens Stoltenberq NATO Xarici İşlər nazirləri ministerialında telekonfransı zamanı bəyan etdi.

Onun dediyinə görə, partnyorluq strateji baxımından əhəmiyyətli Qara Dəniz bölgəsində təlimləri əhatə edir.

NATO-nun Xarici İşlər nazirləri ministerialı koronavirusa görə, videokonfrans formatında keçirildi.