Ukraynada prezident seçkiləri keçirilir (foto)
Ukraynada prezident seçkiləri keçirilir (foto)

Ukraynada prezident seçkiləri keçirilir. Seçkilərd 39 namizəd qeydiyyatdan keçib. Prezidenti 5 illik müddətlə seçirlər. Ölkə ərazisində 199 seçki dairəsi var. Cəmi 29 888 seçki məntəqəsi fəaliyyət göstərir.

Bu il seçki məntəqəsi Rusiya ərazisində açılmayıb. Həmçinin Ukrayna hakimiyyəti rus müşahidəçilərinin buraxılmasına rədd cavabı verdi.

Seçi məntəqələri yerli vaxtla saat 08:00-da açıldı və saat 20:00-da bağlanacaq.

Seçkilər üçün Ukrayna dövlət büdcəsindən təxminən 84 milyon ABŞ dolları ayrıldı.

Seçkilər prosesini Gürcüstanın Birinci Kanalının jurnalistləri də işıqlandırırlar.

Ukrayna Mərkəzi Seçki Komissiyasından fotoreportajı təqdim edirik.