Ukraynanın Baş Prokurorluğu Saakaşvili ilə bağlı məhkəmə qərarını şikayət edəcək
Ukraynanın Baş Prokurorluğu Saakaşvili ilə bağlı məhkəmə qərarını şikayət edəcək

Ukraynanın baş prokuroru Yuri Lutsenko, Odessa əyalətinin sabiq qubernatoru Mixail Saakaşvilinin işi ilə bağlı məhkəmə tərəfindən verilən qərarı etiraz edir və onu şikayət edəcəyini bəyan edir.

“Məhkəməyə bütün gərəkli dəlilləri verdik və buna baxmayaraq, onu yenə azad etdilər. Emosiyalardan baş qaçırdacam, indi apellyasiyayı gözləyək” – dedi Lutsenko.

Kiyevin, Peçora Rayon Məhkəməsi, Odessanın sabiq qubernatoruna qarşı, baş prokurorluğun irəli sürdüyü ev həbsi haqqında tələbini qane etmədi və Radanın deputatlarının zaminliyi ilə, Saakaşviliyi məhkəmə zalından azad etdi.

Məhkəmə qərarını şikayət etmək üçün prokurorluğun beş gün müddəti var.

 

 

Şərh yaz