Ukrayna prezident namizədlərinin debatları Kiyevin Olimpiada Stadionunda keçiriləcək
Ukrayna prezident namizədlərinin debatları Kiyevin Olimpiada Stadionunda keçiriləcək

Ukrayna prezident namizədlərinin debatları Kiyevin Olimpiada Stadionunda keçiriləcək.

Petro Poroşenko və Vladimir Zelenskinin debatları üçün seçilən stadionun bütün yerləri doludur.

Orada 70 min adam yerləşə bilir.

Debatlar yerli vaxt ilə, saat 19:00-da başlayacaq.

Bununla yanaşı, Petro Poroşenko Kiyevin Olimpiada İdman kompleksinə debatlar üçün aprelin 14-də getmişdi, ancaq o gün Zelenski gəlmədi.

Poroşenko öz dəstəkçilərinə müraciət edərək, seçkilərdə səs vermələrini istədi.

Prezident namizədi, şoumen və aktyor olan Zelenski isə, öz komandasını təqdim etdi.

Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.