Təhsil Nazirliyi bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasını tövsiyyə edir
Təhsil Nazirliyi bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasını tövsiyyə edir

Gürcüstanın Təhsil Nazirliyi bütün təhsil müəssisələrinə müraciət edir ki, təhsil prosesinin başlanmasına qədər məktəblərdə dezinfeksiya işləri aparılsın.

“Yanvarın 21-də təhsil prosesi başlayacaq.

Müvafiq olaraq da, virusların yayılmasının prevensiyası məqsədi ilə, Təhsil Nazirliyi bütün təhsil müəssisələrinə dezinfeksiya işlərinin aparılması və həmçinin, təhsil prosesi başladıqdan sonra da məktəb binalarında dezinfeksiya işlərinin davam etdirilməsi üçün müraciət edir” – deyilir Təhsil Nazirliyinin bəyanatında.

Şərh yaz