Tbilisi Meriyası vətəndaşlara müraciət edir, Meriya adından korpuslarda yaşayan ailələrə korpus girişlərində pul müqabilində dezinfeksiya işlərini təklif edən insanlara inanmasınlar
Tbilisi Meriyası vətəndaşlara müraciət edir, Meriya adından korpuslarda yaşayan ailələrə korpus girişlərində pul müqabilində dezinfeksiya işlərini təklif edən insanlara inanmasınlar

Tbilisi Meriyasının məlumatına görə, naməlum şəxslər, Tbilisi Meriyası adından müxtəlif məhəllələrdə, korpuslarda yaşayan ailələrə korpus girişlərində müəyyən pul müqabilində dezinfeksiya işlərini təklif edirlər.

Meriyanın bəyanatında qeyd olunduğu kimi, korpus girişlərində dezinfeksiya işləri Tbilisi Meriyasının səlahiyyətinə daxil deyil.

“Paytaxtda naməlum şəxslər yenə fəallaşdılar hansılar da, Tbilisi Meriyası adından müxtəlif məhəllələrdə, korpuslarda yaşayan ailələrə korpus girişlərində müəyyən pul müqabilində dezinfeksiya işlərini təklif edirlər.

Nəzərinizə çatdırırıq ki, korpus girişlərində dezinfeksiya, dezinseksiya və deratizasiya işləri Tbilisi Meriyasının səlahiyyətinə daxil deyil.

Müvafiq olaraq, əhalini Tbilisi Meriyası adından qeyd olunan xidməti təklif edən insanlara inanmamağa çağırırıq”, – Meriyanın bəyanatında deyilir.