Koronavirus ilə bağlı fəaliyyət göstərən koordinasiya şurası toplantı yerlərində çoxsaylı tədbirlərin ləğv olunması zəmanətini verdi
Koronavirus ilə bağlı fəaliyyət göstərən koordinasiya şurası toplantı yerlərində çoxsaylı tədbirlərin ləğv olunması zəmanətini verdi

Baş nazir, Giorgi Qaxariyanın rəhbərliyi ilə, koronavirus ilə bağlı fəaliyyət göstərən idarələrarası koordinasiya şurası növbəti iclasını keçirdi.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, mövcud durum barəsində məlumatın mübadiləsi və müvafiq addımların atılması məqsədi ilə, idarələrarası şura hökumət başçısı ilə intensiv rejimdə toplanır.

Şuranın bugünki iclasında qeyd olundu ki, koronavirusa yoluxanların sayı artmayıb və yoluxan üç insanın sağlamlıq durumu qənaətbəxşdir. Koordinasiya şurasına məlumat verildi ki, bu mərhələdə karantində 100-dən artıq insan qalmaqdadır.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə, koordinasiya şurası vətəndaşları səyatlərdən tərəddüd etməyə doğru çağırır, özəlliklə də Dünya Səhiyyə Təşkilatı tərəfindən yüksək risk zonaları kimi bəyan edilən ölkələrə.

Yeni koronavirusun yayılmasının prevensiyası məqsədi ilə, koronavirus ilə bağlı fəaliyyət göstərən koordinasiya şurası toplantı yerlərində çoxsaylı tədbirlərin ləğv olunması zəmanətini verdi. Qeyd olunan məlumat artıq yerli özünüidarəetmə orqanlarına ötürüldü.

Bununla yanaşı, Gürcüstan miqyası ilə məktəb və uşaq bağçalarında dezinfeksiya işləri fəal fazaya keçdi.

Məlumatı Gürcüstan baş nazirinin mətbuat xidməti yayır.