Parlamentdə bəyan edirlər ki, 5 sentyabrdan sonra, Levan Qoqiçaişvili ilə əlaqədə olan şəxslər izolasiyaya keçəcəklər və onlara testləşdirmə ediləcək
Parlamentdə bəyan edirlər ki, 5 sentyabrdan sonra, Levan Qoqiçaişvili ilə əlaqədə olan şəxslər izolasiyaya keçəcəklər və onlara testləşdirmə ediləcək

Parlamentdə bəyan edirlər ki, 5 sentyabrdan sonra, Levan Qoqiçaişvili ilə əlaqədə olan şəxslər izolasiyaya keçəcəklər və onlara testləşdirmə ediləcək.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, qanunvericilik orqanı binasında müntəzəm dezinfeksiya işləri davam etdiriləcək və maskanın gəzdirilməsinə monitorinq həyata keçiriləcək.

“Məlum olduğu kimi, Parlamentin üzvü, Levan Qoqiçaişvilidə koronavirus təsdiq olundu. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rekomendasiyalarına müvafiq olaraq, 5 sentyabrdan sonra, Levan Qoqiçaişvili ilə əlaqədə olan şəxslər izolasiyaya keçəcəklər və onlara testləşdirmə ediləcək. Bundan başqa, qanunvericilik orqanı binasında müntəzəm dezinfeksiya işləri davam etdiriləcək və maskanın gəzdirilməsinə monitorinq həyata keçiriləcək. Binanın girişində hamı termoskriniqdən keçəcək”, – Parlamentin mətbuat xidmətinin məlumatında deyilir.