Təhsil Nazirliyi Gürcüstanın Birinci Kanalı ilə bərabər tele-onlayn təhsil layihəsinə başlayır
Təhsil Nazirliyi Gürcüstanın Birinci Kanalı ilə bərabər tele-onlayn təhsil layihəsinə başlayır

Təhsil Nazirliyi Gürcüstanın Birinci Kanalı ilə bərabər tele-onlayn təhsil layihəsinə başlayır.

Koronavirusla bağlı yaranan vəziyyətdən irəli gələrək, qeyd olunan layihə vasitəsi ilə, məktəb şagirdlərinə televiziya və onlayn platformaları ilə təhsil proqramları tədim ediləcək.

Layihə ilə bağlı işlər artıq bir neçə gündür davam edir. Bu gün isə, layihənin artıq efirə buraxıldığı elan edildi.

Proqram Gürcüstanın Birinci Kanalının bütün medya-platformalarında təqdim ediləcək:  İkinci Kanal, veb-portal 1tv.ge, Gürcüstanın Birinci Kanalının youtubeFacebook səhifələri.

Qeyd olunan layihə, öz zərurətindən irəli gələrək, ölkədə fövqəladə vəziyyətin başa çatmasından sonra da davam edəcək.