Mixeil Çxenkeli Beynəlxalq Olimpiadadan qayıdan şağirdləri qələbələri münasibətilə təbirik etdi
Mixeil Çxenkeli Beynəlxalq Olimpiadadan qayıdan şağirdləri qələbələri münasibətilə təbirik etdi

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Çxenkeli riyaziyyat, fizika və informatika üzrə Beynəlxalq Olimpiyadadan 16 medal ilə qayıdan şağird və onların müəllimləri ilə görüşdü və qələbələri münasibətilə onları təbirik etdi.

Təhsil Nazirliyinin məlumatına görə, tədbirdə həmçinin Gürcüstan Parlamentinin Təhsil, Elm və Mədəniyyət Komitəsinin sədri,  Qenadi Marqvelaşvili iştirak edirdi.

Mixeil Çxenkeli gənclərə tarixi megalayihə – Kutaisi Beynəlxalq Universiteti barəsində məlumat çatdırdı və onlara bu universitetin akademik həyatına qoşulmalarını təklif etdi.

Beynəlxalq Olimpiyadalarda Gürcüstan komandalarnın iştirakını maliyyə cəhəddən Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi təmin edir.