Moldova prezident seçkilərində keçmiş baş nazir, Maya Sandu 35.61 faiz ilə liderlik edir
Moldova prezident seçkilərində keçmiş baş nazir, Maya Sandu 35.61 faiz ilə liderlik edir

Moldova prezident seçkilərində keçmiş baş nazir, Maya Sandu 35.61 faiz ilə liderlik edir. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq səslərin 99 faizi hesablanıb.

Maya Sandu “Fəaliyyət və Həmrəylik Partiyasına” rəhbərlik edir.

Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin hazırkı prezidenti, İqor Dodon səslərin 33.01 faizini toplayıb.

Səslərin 50 faizni heç bir namizədin toplamadığına görə, Maya Sandu və İqor Dodon ikinci turda qarşılaşacaqlar.

Moldovada prezident seçkilərinin ikinci turu 15 noyabra planlaşdırılıb.