Mixeil Saakaşvili - Poroşenko mənə dedi: sən ki, Abxaziya və Tsxinvalinin itməsini qəbullandın, biz də eləcə, Krımın itməsini qəbullanacağıq
Mixeil Saakaşvili - Poroşenko mənə dedi: sən ki, Abxaziya və Tsxinvalinin itməsini qəbullandın, biz də eləcə, Krımın itməsini qəbullanacağıq

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin dediyinə görə, Petro Poroşenko ona şəxsi söhbətlərində dedi ki, Krımı itirməyin əvəzinə, Ukrayna Avropa İttifaqına və NATO-ya üzv ola biləcək.

Bu bəyanatı Odessa əyalətinin sabiq qubernatoru Ukraynalı jurnalist Dimitri Qordon ilə müsahibə zamanı verdi.

“Krımda bildiyimiz hadisələr baş verən zaman mən Poroşenko ilə danışdım və Ukraynanın bir şey etməsi gərəkdiyini deyirdim. Poroşenko isə, mənə dedi ki, o faktiki olaraq, Krımın itməsi ilə qəbullanıb.

“Sən ki, Abxaziya və Tsxinvalinin həmişəlik itməsini qəbullandın, biz də eləcə, Krımın itməsini qəbullanacağıq. Onun əvəzinə Ukrayna NATO və Avropa İttifaqına üzv olacaq” – dedi Poroşenko.

“Mənsə ona dedim ki, səninlə razılaşmayacam, çünki, Abxaziya və Tsxinvali Gürcüstanın tərkibinə qayıdacaq, ancaq Ukrayna məhz Krım məsələsinə görə, NATO-ya və Avropa İttifaqına üzv ola bilməyəcək” – dedi Saakaşvili.