Mayk Pompeo Ərəbistana səfəri zamanı Xaşoqinin qətli məsələsini müzakirə edəcək
Mayk Pompeo Ərəbistana səfəri zamanı Xaşoqinin qətli məsələsini müzakirə edəcək

Mayk Pompeo Səudiyyə Ərəbistanına səfəri zamanı şahzadə Muhammad Bin Salman ilə Xaşoqinin qətli məsələsini müzakirə edəcək. Bu barədə BBC məlumat yayır.

Amerika Birləşmiş Ştatlarının dövlət katibinin dediyinə görə, o, istəyir əmin olsun ki, jurnalistin qətlində ittiham olunanlar real olaraq qanun qarşısında cavab verəcəklər.

The Washington Post-un jurnalisti Camal Xaşoqi bir neçə ay bundan əvvəl İstanbulda, Səudiyyə Ərəbistanı Konsulluğuna səfəri zamanı yoxa çıxdı. Az sonra rəsmi Ər-Riyad etiraf etdi ki, jurnalisti diplomatik idarədə qətlə yetirdilər.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Yaxın Şərqdə rəsmi turdadır.