Müxalif partiyalar gələn həftə planlaşdırılmış aksiya ilə bağlı məsləhətləşmələr aparırlar
Müxalif partiyalar gələn həftə planlaşdırılmış aksiya ilə bağlı məsləhətləşmələr aparırlar

“Lelo” partiyasının ofisində müxalif partiyaıarın nümayəndələri toplaşırlar. Müxalifət nümayəndələrinin bəyan etdiyinə görə, gələn həftə planlaşdırılmış aksiya ilə bağlı məsləhətləşmələr aparırlar.

“Avropa Gürcütanı” partiyasının üzvü, Levan Tarxnişvilinin bəyan etdiyinə görə, Amerika dövlət katibi, Mayk Pompeonun səfərinə paralel olaraq, canlı zəncirin edilməsini planlaşdırırlar. Elə onun dediyinə görə, canlı zəncir 21 noyabrda, seçkilərin ikinci turu günündə də planlaşdırılır.

“İki aksiya elan edilib. Birincisi 17-18 noyabrdadır, Amerika dövlət katibi, Mayk Pompeonun səfəri günü. İkinci 21 noyabrda, seçkilərin ikinci turuna həsr olunacaq. Bu iki aksiya barəsində müzakirə aparacağıq, harada baş verəcək və sonra bunların hamısını bəyan edəcəyik. Həmçinin 21 noyabrda hadisələrin necə inkişaf etməsi barəsində müzakirə aparırıq. Hər iki halda canlı zəncir formatı olacaq. 17-18 noyabrda böyük ehtimalla çıxışlar olmayacaq. 21 noyabra gəldikdə, bu barədə əlavə olaraq müzakirə edəcəyik”, – “Avropa Gürcütanı” partiyasının üzvü, Levan Tarxnişvili bəyan etdi.