ABŞ dövlət katibi bu gün Gürcüstana gələcək
ABŞ dövlət katibi bu gün Gürcüstana gələcək

Gürcüstana bu gün Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Mayk Pompeo iki günlük rəsmi səfərlə gələcək.

Mayk Pompeo Tbilisiyə günün ikinci yarısında gələcək, rəsmi görüşləri isə, sabahdan keçirəcək.

Səfər çərçivəsində Mayk Pompeo Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya, Xarici İşlər naziri David Zalkaliani və Bütün Gürcüstanın Katalikos-Patriarxı İkinci ilya ilə görüşəcək. Dövlət katibinin eləcə də mülki ictimaiyyət ilə görüşü baş tutacaq.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı ABŞ-Gürcüstanın strateji partnyorluğu xartiyası ilə nəzərdə tutulmuş prioritet istiqamətlər və müdafiə və təhlükəsizlik, eləcə də ticart və iqtisadiyyat, demokratiya, xalqlar arası əlaqələr, təhsil və mədəniyyət sahəsində ölkələr arasında mövcud möhkəm əməkdaşlığın sonrakı dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Elə onların məlumatına görə, səfər çərçivəsində keçirilən görüşlər zamanı Gürcüstan və bölgədə mövcud təhlükəsizlik mühitini müzakirə edəcəklər. Tərəflər arasında həmçinin Gürcüstanda cari demokratik və iqtisadi islahatlar müzakirə olunacaq.

“Gürcüstana ABŞ dövlət katibinin səfəri ABŞ və Gürcüstan arasında mövcud strateji partnyorluğun möhkəmliyini bir daha xüsusilə qeyd edir. Səfər zamanı Amerika Birləşmiş Ştatlarının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də ölkəmizin sonrakı demokratiyanın inkişafı və avroatlantik strukturlarına inteqrasiyası cəhdlərinə qarşı dəstəyi bir daha təsdiq olunacaq”, – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Gürcüstanda səfərini sabah başa çatdıracaq və İsrailə yola düşəcək.