Qiqi Uqulava - Operadan Respublika Meydanı, Rustaveli metrosu və Melikişvili istiqamətilə 18 noyabrda iki metrlik məsafə ilə canlı zəncir olacaq
Qiqi Uqulava - Operadan Respublika Meydanı, Rustaveli metrosu və Melikişvili istiqamətilə 18 noyabrda iki metrlik məsafə ilə canlı zəncir olacaq

“Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Qiqi Uqulava ABŞ dövlət katibi, Mayk Pompeonun Gürcüstana səfəri zamanı, müxalifət tərəfindən planlaşdırlmış aksiyanın detalları barəsində danışır.

“Lelo” partiyasının ofisində müxalifət nümayəndələrinin görüşünün başa çatmasından sonra Qiqi Uqulavanın bəyan etdiyinə görə, aksiyaya gedən hər bir insana üzərində “saxtalaşdırlıb” yazısı olan stiker paylanacaq.

“18 noyabrda, səhər saat 11:00-da, Operadan Respublika Meydanı, Rustaveli metrosu və Melikişvili istiqamətilə 18 noyabrda iki metrlik məsafə ilə canlı zəncir olacaq. Aksiyaya gələn hər bir insana üzərində “saxtalaşdırlıb” yazısı olan stiker veriləcək. Həmçinin bannerlər olacaq, üzərində Gürcüstan və Amerika bayraqları və ortasnda yazılar -saxtalaşdırlıb, rus oliqarxı tərəfindən dövlətin mənimsənilməsi baş verir”, – Qiqi Uqulava bəyan etdi.

Həmçinin, görüşün başa çatmasından sonra, “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Qiqa Bokeriya jurnalistlərə bəyan etdi ki, müxalifət azad aləmin liderlərindən həmişə pozitiv təsir gözləyir.

ABŞ dövlət katibi, Mayk Pompeo 17 noyabrda iki günlük rəsmi səfərlə Gürcüstana gələcək. Səfər çərçivəsində, dövlət katibi baş nazir Girogi Qaxariya, Gürcüstan prezidenti Salome Zurabişvili və Xarici İşlər naziri David Zalkaliani ilə görüşəcək. Həmçinin, Bütün Gürcüstanın Katalikos-Patriarxı İkinci ilə görüş baş tutacaq.

Şərh yaz