Maya Tskitişvili və Piter Siarto müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər
Maya Tskitişvili və Piter Siarto müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur naziri, Maya Tskitişvili Macarıstan Xarici İşlər və Ticarət naziri, Piter Siarto ilə görüşdü. Piter Siarto Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın elan edilməsindən sonra Gürtcüstana ilk rəsmi səfərlə gələn yüksək səviyyəli qonaqdır.

“Çox əhəmiyyətlidir, ilk səfər baş tutdu. Macarıstan dost ölkədir və Avroatlantik strukturlarına cəhdlərimizi dəstəkləyir. Bir çox məsələ ilə yanaşı, imkanımız var idi ki, macar və gürcü şirkətləri arasında əməkdaşlıq perspektivləri barəsində söhbət edək, o cümlədən su bölməsi inkişafı istiqamətilə”, – Maya Tskitişvili qeyd etdi.